Gürcüstanın ilin sonuna kimi Aİ-yə namizəd statusu almaq şansı artıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Gürcüstanın “İmedi” telekanalına müsahibəsində respublika parlamentinin sədr müavini Arçil Talakvadze bildirib.
“Bu gün bu şanslar ən yüksək səviyyədədir. Böyük ehtimalla dekabrda namizəd statusunu alacağıq. Artıq buna dəlalət edən çoxlu əlamətlər var”, – deyə rəsmi bildirib.
Xatırladaq ki, 2022-ci ilin iyununda Aİ liderləri Moldova və Ukraynaya namizəd statusu veriblər. Onlar Gürcüstanın Avropa perspektivini tanıyıb, həmçinin 12 şərti yerinə yetirdikdən sonra ona namizəd statusu verməyə hazır olduqlarını bildiriblər.
Bu günə kimi Gürcüstanda xüsusilə seçki islahatları həyata keçirilib, korrupsiyaya qarşı mübarizə bürosu yaradılıb, yeni sistemlə ombudsman seçilib, gender ayrı-seçkiliyi və mütəşəkkil cinayətkarlığa qarşı qanunlar dəyişdirilib, Ali Ədliyyə Şurasının üzvləri təyin edilib.


























