image-1backend

“HƏMAS girovlarla bağlı danışıqları dayandırıb” – “Reuters”

image-reklam_sirab_01

“Tibb müəssisələrinin əməkdaşları buna səbəbin İsrailin bombardmanları, yanacaq və dərman çatışmazlığı olduğunu deyib…”

“Bu xəstəxanaların altında böyük terrorçu baza var, HƏMAS və İŞİD-in mənzil-qərargahı və şəxsi heyəti birbaşa “Şəfa”nın altında yerləşir…”

HƏMAS “İsrailin “Şəfa” xəstəxanası ilə davranışı ilə əlaqədar olaraq girovların azad edilməsi ilə bağlı danışıqları dayandırıb.

Moderator.az xəbər verir ki, bu barədə “Reuters” beynəlxalq xəbər agentliyi məlumat yayıb. HƏMAS və İsrail bu məlumatı şərh etməyib.

Məlumata görə, dünən Qəzza bölgəsində iki- “Əl-Şəfa” və “Əl-Qüds” böyük xəstəxana yeni pasiyentlərin qəbulu üçün bağlanıb.

Tibb müəssisələrinin əməkdaşları buna səbəbin İsrailin bombardmanları, həmçinin yanacaq və dərmanların çatışmazlığı olduğunu deyib.

Öz tərəfindən İsrail bunu onunla izah edub ki, HƏMAS bu xəstəxanaların yaxınlığında, həmçinin onların altındakı yeraltı otaqlarda komanda mərkəzləri yerləşdirib.

Bundan başqa, orada yaraqlıların oktyabrın 7-də hücumu zamanı ələ keçirilən 200-dək girov ola bilər.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan vəziyyəti şərh edib.

“Açıq mənbələrdən görürük ki, HƏMAS bir çox digər mülki obyektlər kimi xəstəxanalardan komandanlıq və nəzarət, silah saxlanılması və döyüşçülərinin yerləşdirilməsi üçün istifadə edir. Bu isə müharibənin aparılması qaydalarının pozulmasıdır.

Bu zaman Birləşmiş Ştatlar xəstəxanalardakı atışmaları dəstəkləmir, orada günahsız insanlar, tibbi yardım alan pasiyentlər çarpaz atəş altına düşür. Biz öz fikrimizi İsrail Müdafiə Ordusu nümayəndələrinə çatdırmışıq.

Dünən İsrailin Müdafiə Qüvvələri rəsmən və açıq şəkildə bəyan edib ki, bu xəstəxanalarda pasiyentlərin təhlükəsizliyinin təmin edilməsi üsullarını, həmçinin HƏMAS-ın xəstəxanalardan canlı qalxan kimi istifadəsinin öhdəsindən gəlmək üsulunu axtarır”, – Sallivan deyib.

O, HƏMAS-la girovların azad edilməsi ilə bağlı danışıqlarən təfərrüatlarını açıqlamayıb, lakin məlumat verib ki, hal-hazırda “İsrail ilə HƏMAS-la ünsiyyətdə olan Qətər arasında fəal təmaslar var və Birləşmiş Ştatlar bu müzakirələrdə iştirak edir”.

“Biz girov kimi saxlanılan hər bir amerikalının, HƏMAS-ın girovluğunda olan hər bir şəxsin təhlükəsiz qaytarılması üzərində fəal işləyirik”, – o, əmin edib.

Bu ərəfədə İsrail prezidenti İshaq Hersoq britaniyalı jurnalistlərlə ünsiyyət zamanı əmin edib ki, HƏMAS “yalan danışır və yalan məlumat təqdim edir”.

“Şəfa” xəstəxanasında elektrik var və normal işləyir. Biz bu müəssiyə görə məsul olanlarla təmasdayıq. Biz “Şəfa”ya müdaxilə etməmişik. Bu xəstəxananın altında böyük terrorçu bazası var, HƏMAS və İŞİD-ın mənzil-qərargahı və bütün şəxsi heyəti birbaşa “Şəfa”nın altında yerləşir”, – prezident qeyd edib.

O, deyib ki, İsrailin “alternativi yoxdur”, çünki Qəzzanı terrorçulardan təmizləməsə, HƏMAS-ın oktyabrın 7-də törətdiyi qanlı hücum təkrarlana bilər.

“Ona görə də biz bütün mülki şəxslərə yaxınlıqda yerləşən digər xəstəxanalara yerdəyişmə etməyə çağırış edirik
Məhz HƏMAS onlara getməyi qadağan edir”, – Hersoq əmin edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki