Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin ölən işçilərinin sayı 104-ə çatıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə RİA Novosti qurumun hesabatına istinadən yazır.
Dünən Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNESCO) Yaxın Şərq üzrə regional direktoru Adel Xodr Qəzza zolağında iki məktəbə hücumlar nəticəsində çoxlu sayda uşağın həlak olduğunu bildirib.
Öz növbəsində YUNESKO-nun icraçı direktoru Ketrin Rassel qeyd edib ki, Qəzza münaqişəsi ona görə unikaldır ki, insanlar anklavda sıxışıblar.