HƏMAS İsrailin hava hücumları zamanı Qəzzada saxlanılan 13 girovun öldürüldüyünü açıqlayıb. Bu barədə Vətəninfo.az BBC nəşrinə istinadən xəbər verir.
HƏMAS-ın açıqlamasına görə, son 24 saat ərzində həyata keçirilən hava hücumlarında ölən girovlar arasında həm israillilər, həm də əcnəbilər var. Onlar beş fərqli yerdə İsrail qırıcıları tərəfindən öldürülüb.
Oktyabrın 7-də İsrailin işğalı zamanı HƏMAS 150-yə yaxın adamı əsir götürüb, onları İsrail və ABŞ-da həbsdə olan fələstinlilərlə mübadilə etmək niyyətindədir.
İsrail son altı gündə baş verən toqquşmalar zamanı 1300 itki verdiyini bildirib. Qəzza zolağında qurbanların sayı 1400-ə çatıb. İsrail HƏMAS-a müharibə elan edib və həmçinin Qəzzanı tam mühasirəyə alıb, su, elektrik, yanacaq, ərzaq və digər mallara çıxışı kəsib.


























