HƏMAS İsrailin mərkəzi hissəsini atəşə tutmağa, Qüds və Təl-Əviv bölgələrinə hava zərbələri endirməyə başlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.
Qeyd olunan rayonlarda hava həyəcanı elan edilib.
HƏMAS da öz növbəsində Qəzza zolağında mülki əhalinin evlərinin bombalanmasına cavab olaraq Təl-Əviv istiqamətində raket atmağa başladığını açıqlayıb.
Fələstinlilərin atdığı raketlərdən biri Tel-Əvivin Ben-Qurion hava limanında partlayıb.


























