image-1backend

Həmas İsrailin təklifini rədd etdi

image-reklam_sirab_01

Fələstinin Həmas hərəkatı İsrailin məhbusların azad edilməsi müqabilində bir həftəlik atəşkəs təklifini rədd edib. Vətəninfo.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

Misir rəsmilərinin bildirdiyinə görə, HƏMAS bəyan edib ki, israilli girovların azad edilməsini müzakirə etməzdən əvvəl atəşkəs əldə etmək lazımdır.

Qəzet qeyd edir ki, HƏMAS-ın imtinası danışıqların uğursuzluğu demək deyil. bu, daha çox İsraildən daha ciddi güzəştlər qoparmaq üçün strateji addımdır.

Təklifə əsasən, İsrail Qəzza zolağında quru və hava əməliyyatlarının bir həftə müddətinə müvəqqəti dayandırılması müqabilində tibbi müalicəyə ehtiyacı olan qadın, uşaq və qoca da daxil olmaqla 40 girovu azad etməyə çalışır.

Bundan əlavə, İsrail anklava daha çox humanitar yardımın daxil olmasına icazə vermək istəyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki