image-1backend

HƏMAS silahlıları 400-dən çox kamikadze jileti qoyub qaçdılar – FOTO

image-reklam_sirab_01

İsrail silahlı qüvvələri ölkənin cənubunda aparılan təmizləmələr zamanı Fələstinin radikal HƏMAS hərəkatının döyüşçüləri tərəfindən tərk edilmiş 400-dən çox kamikadze jiletini müəyyən edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

HƏMAS-ın hücumuna məruz qalan yaşayış məntəqələri üzərində nəzarəti bərpa etmək üçün keçirilən əməliyyatlar zamanı 760 RPQ, 106 raket və mərmi, 1,5 minə yaxın qumbaraatan, həmçinin 375 odlu silah aşkar edilib.

Qeyd edək ki, noyabrın 7-də İsrailin müdafiə naziri Yoav Qalant bəyan edib ki, hazırda Qəzza zolağında humanitar fasilələr tətbiq etmək mümkün deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki