Fələstinin HƏMAS radikal hərəkatı tərəfindən azad edilən 2 amerikalı Çikaqoya qayıdıb. Bu barədə Vətəninfo.az “Fox 32 Chicago” istinadən xəbər verir.
18 yaşlı Natali Raanan və anası Cudit İsraildə tətildə olarkən, oktyabrın 7-də Həmas tərəfindən qəfil hücum nəticəsində oğurlanıblar.
HƏMAS oktyabrın 20-də amerikalı ana və qızını azad edib və bunun “humanitar səbəblərə görə” edildiyini bildirib. Onlar yaraqlıların azad etdiyi ilk məhbuslardır.
Sərbəst buraxılan gün ABŞ prezidenti Co Bayden Raanalılarla danışdı.
İsrail Qəzzada quru əməliyyatı zamanı əsir götürdüyü qadın əsgər Ori Meqidişi azad edib. Yaraqlıların İsraildə həbsdə olan fələstinlilərlə dəyişmək istədiyi 230-dan çox insan hələ də HƏMAS-ın girovluğundadır.


























