image-reklam-veteninfo
image-66backend

HƏMAS uzun müharibəyə hazırdır – HƏMAS sözçüsü

image-reklam-veteninfo

HƏMAS əsir götürdüyü israillilərdən İsrail həbsxanalarında saxlanılan bütün ərəbləri azad etmək, həmçinin ABŞ-da HƏMAS-ı maliyyələşdirmək ittihamı ilə saxlanılan fələstinliləri azad etmək üçün istifadə etməyi planlaşdırır. Vətəninfo.az-ın məlumatına görə , bu barədə HƏMAS-ın sözçüsü Əli Barake Associated Press-ə müsahibəsində bildirib.

“Amerikada saxlanılan fələstinlilər var. Biz onların azadlığa buraxılmasını istəyəcəyik”, – HƏMAS sözçüsü bildirib.

Barake həmçinin deyib ki, yaraqlılar münaqişənin “bütün ssenarilərinə”, o cümlədən “uzun müharibə”yə hazırdırlar. Onun sözlərinə görə, HƏMAS uzun müddət davam edəcək böyük raket arsenalına malikdir. O əlavə edib ki, qrup indiyədək qüvvələrinin yalnız kiçik bir hissəsini yerləşdirib. Son döyüşlərdə 2000-ə yaxın döyüşçü iştirak edib, lakin təkcə Qəzza zolağında Həmas ordusunun sayı 40.000 nəfərdir.

Əli Barake qeyd edib ki, hücumun nəticələri onları da təəccübləndirib.

“Bu böyük çöküş bizi təəccübləndirdi. Biz müəyyən irəliləyiş əldə etməyi və onları dəyişdirmək üçün əsir götürməyi planlaşdırırdıq”.

Oktyabrın 7-də İsrail HƏMAS-ın genişmiqyaslı hücumuna məruz qalıb. İsrail müharibə elan etdi və 300.000 ehtiyat əsgərini çağırdı. Hər iki tərəfdən qurbanların sayı 1600 nəfəri ötüb.

Əsir düşən şəxslərlə bağlı müxtəlif məlumatlar daxil olur. BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin məlumatına görə, HƏMAS 50-dən çox adamı əsir götürüb. Baxmayaraq ki, HƏMAS 150-yə yaxın adamı əsir götürərək Qəzzaya daşıdığını elan edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki