Hindistan Ermənistanla Brahmos və Pralay qanadlı raketlərinin mümkün satışı ilə bağlı danışıqlar aparır.
Vətəninfo.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi yanında Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatına istinadən Indian Defense Research Wing portalı yazır .
Bramhos 300 km-ə qədər uçuş məsafəsi olan qanadlı raketlərdir. Həm quru, həm də su hədəflərinə qarşı istifadə olunur.
“Pralay” 500 km-ə qədər məsafə qət edən taktiki silahdır.