image-reklam-veteninfo
image-1backend

Hindistan İranın dron hücumuna cavab verdi 

image-reklam-veteninfo

Vətəninfo.az “Euronews”-a istinadən  xəbər verir ki, Hindistanın Qucarat əyaləti ətrafındakı sularda yük gəmisinə İrandan atılan pilotsuz uçuş aparatının hücumundan sonra, Hindistanın dəniz donanması dünən Hind okeanının şimalında yerləşən Ərəb dənizində çəkindirici varlığını qorumaq məqsədilə idarə edilən raketlər daşıyan esmineslər yerləşdirəcəyini açıqlayıb.
“Ərəb dənizdəki son hücumları nəzərə alaraq, Hindistanın Hərbi Dəniz Qüvvələri çəkindirici varlığını qorumaq üçün Murmuqao, Koçi və Kəlküttə idarəolunan raket esmineslərini müxtəlif ərazilərdə yerləşdirəcək”, – deyə, Hindistan hökuməti bəyanatında bildirib.
Bu addımın İranın Ərəb dənizindəki son hücum dalğasına cavab olduğunu vurğulayan Hindistan, bölgəyə Boeing P-8 (dəniz patrul təyyarəsi) də göndərəcəyini açıqlayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki