image-1backend

Hindistanın şimalında silahlılarla toqquşmada ən azı 5 əsgər həlak olub  

image-reklam_sirab_01

Dekabrın 21-də Cammu və Kəşmirin Şimali Federal Ərazisində ordunun patruluna edilən terror aktı nəticəsində azı 5 Hindistan əsgəri həlak olub, ikisi isə ağır yaralanıb. Vətəninfo.az-ın məlumatına görə , “Press Trust of India” agentliyi xəbər verir ki, toqquşmalar Poonç bölgəsində baş verib.

Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, silahlılar kəskin dönmə və pis yol səbəbindən maşınların sürətini azaldan yerdə hərbçiləri daşıyan maşınlara hücum edib.

Təhlükəsizlik qüvvələri cavab atəşi açsa da, terrorçular qaça biliblər.

Hücuma görə məsuliyyəti Pakistanın “Ləşkər-e-Taibə” terror qruplaşması ilə əlaqəsi olan “Xalq Antifaşist Cəbhəsi” ekstremist təşkilatı öz üzərinə götürüb.

Hindistan sərhəd təhlükəsizlik qüvvələri terrorçuların ölkəyə daxil olmaq cəhdlərinin qarşısını almaq üçün əsgərlərin hazır vəziyyətə gətirildiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki