image-reklam-veteninfo
image-1backend

Hizbullah İsraili ittiham etdi: Livanda 34 yaşayış məntəqəsi atəşə tutulub

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, “Hizbullah” İsrail ordusunun Livanın sərhəd bölgələri istiqamətində bir gündə ən azı 250 mərmi atdığını qeyd edərək, İsraili Livanın dinc yaşayış məntəqələrini atəşə tutmaqda ittiham edib.

Naharnet xəbər platformasının məlumatına görə, 34 yaşayış məntəqəsi atəşə tutulub, 8 yaşayış binası dağıdılıb, daha 29-dan çox yaşayış məntəqəsinə maddi ziyan dəyib.

“Hizbullah” hərəkatı İsrailin zərbələri nəticəsində bir gündə iki döyüşçünü itirdiyini açıqlayıb. Mülki Müdafiə Xidmətinin bir xilasedicisi də dünyasını dəyişib. Dinc sakinlər arasında isə 5 nəfər yaralanıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki