image-1backend

İran prezidenti Türkiyəyə gedir

image-reklam_sirab_01

“Yaxın zamanlarda İran prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri gözlənilir. Bu istiqamətdə işlər davam edir”. Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri paytaxt Ankarada səfərdə olan iranlı həmkarı Hüseyn Əmir-Abdullahiyan ilə birgə mətbuata açıqlamasında bildirib.

H.Fidan İranın xarici işlər naziri ilə görüşdə ikitərəfli əməkdaşlıq, terrorla mübarizə, İsrail-Fələstin qarşıdurması kimi məsələlərinin müzakirə olunduğunu deyib.

Bildirilib ki, İsrail-Fələstin münaqişəsi ilə bağlı Türkiyə oktyabrın 7-dən başlayaraq Qərb dünyası da daxil olmaqla, müxtəlif dövlət və hökumət rəhbərləri ilə danışıqlar aparır. Atəşkəsin elan edilməsi və daimi sülhün əldə olunması vacibdir. Fələstin-İsrail Beynəlxalq Sülh Konfransı qarşıdurmanın dayandırılması üçün ən uyğun platforma olacaq. Hazırda konfransın keçirilməsi ilə bağlı işlər aparılır. Rəsmi Ankara münaqişənin nizamlanmasında Fələstin üçün qarant-ölkə kimi çıxış etməyə hazırdır.

“Bu qarşıdurmanın bölgəni öz təsiri altına salmasını istəmirik. Bölgəmizdəki problemləri regiondakı ölkələr həll etməlidir”, – deyə nazir vurğulayıb.

Fələstin-İsrail qarşıdurmasının dərhal dayandırılmasının vacibliyinə toxunan Hüseyn Əmir-Abdullahiyan bildirib ki, İran münaqişənin daha da böyüməməsi üçün bölgə ölkələri ilə danışıqları davam etdirir və hər platformada bunu dilə gətirir. Vəziyyətin nəzarətdən çıxmaması, sülhün bərqərar olması üçün bölgə ölkələrinin birgə səylər göstərməsi olduqca zəruridir.

İranlı nazir Fələstin-İsrail münaqişəsinin həlli istiqamətində gördüyü işlərə və tutduğu doğru mövqeyə görə Türkiyəyə təşəkkür edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki