Qəzzanın yeraltı tunellərindən maşın keçə bilər.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri Qəzza zolağının altındakı tunellərin ölçüsünün motosikletlərin və hətta avtomobillərin də oradan keçməsinə imkan verdiyini bildirib. O qeyd edib ki, təkcə anklavın uzunluğu təxminən 400 kilometrdir.
Baqirinin sözlərinə görə, bu keçidlərin bir ucu İsraildə, digər ucu isə Qəzza zolağındadır.
O, fələstinli döyüşçülərin İsrailin quru əməliyyatına hazır olduqlarını vurğulayıb. Baqiri əlavə edib ki, Qəzzada internet bərpa olunan kimi yanmış İsrail tanklarının və ölən əsgərlərin fotoşəkillərini görmək mümkün olacaq.


























