Vətəninfo.az xəbər verir ki, İordaniya Ordusunun dünən yaydığı xəbərə əsasən, Suriyadan narkotik daşıyan iki pilotsuz uçuş aparatı vurulub.
İordaniya rəsmilərinin məlumatına görə, nartotik qaçaqmalçılığında İran hökumətinin dəstəklədiyi və Suriyanın cənubunda fəaliyyət gösətərən yaraqlıların əli var.
Qeyd edək ki, İordaniyanın hava məkanına daxil olan dronlarda xeyli miqdarda metamfetamin (narkotik və hallüsinasiya xüsusiyyəti olan sintetik maddə) ələ keçirilib.


























