Vətəninfo.az “Mehr News” saytına istinadən xəbər verir ki, bu gün səhər 08:23 radələrində Cənubi Xorasan əyalətinin Sərbişə şəhərində Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ baş verib.
Məlumata görə, zəlzələ 12 kilometr dərinlikdə qeydə alınıb.
Hələlik zəlzələ nəticəsində mümkün insan itkisi və dağıntılar barədə məlumat yoxdur.


























