image-1backend

İranda güclü yanğın: 32 nəfər həlak oldu

image-reklam_sirab_01

İranın narkomaniyadan müalicə mərkəzlərindən birində baş vermiş yanğın nəticəsində azı 32 nəfər ölüb, 17 nəfər yaralanıb. Bu barədə Vətəninfo.az  İSNA agentliyinə istinadən xəbər verir .

Yanğın səhər tezdən saat 5:55-də Gilan vilayətinin Ləngərud şəhərində baş verib. Hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və polis gedib. İranın ədliyyə departamentinin rəhbəri Gilan vilayətinin hakimiyyət orqanlarına araşdırma aparmağı və yanğının səbəbini öyrənməyi, həmçinin hadisə zamanı zərərçəkənlərə yardım etməyi tapşırıb.

Zərərçəkənlərin bədənlərinin 40-60%-nin yanıqları var.

Mərkəzdə 40-a yaxın insanın müalicə aldığı bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki