“Əmir Kəbir News” Teleqram kanalı xəbər verir ki, Tehrandakı Əmir Kəbir və Beheşti Universitetlərinin tələbə kampuslarında məcburi hicab qaydalarına riayət etməyən öyrənciləri müəyyən edən kameralar quraşdırılıb.
Tələbənin sözünə görə, onlar hicabsız universitetə daxil olduqdan sonra, rəhbərlik tərəfindən telefon vasitəsilə çağırılıblar.
Məlumata görə, öyrəncilərə qarşı ən sərt tədbirləri tətbiq etmək üçün universitet rəhbərləri auditoriya daxilində yerləşdirilən kameralara da nəzarət edir.


























