Vətəninfo.az xəbər verir ki, İranın Təhsil Nazirliyi yanında Uşaq Təhsili və Təlimi Təşkilatı ölkədə bütün uşaq bağçalarında xarici dil əvəzinə fars dili və ədəbiyyatının tədris edilməsi ilə bağlı yeni qərar qəbul edib.
Yeni qərara əsasən, uşaq bağçaları və başqa təlim mərkəzlərində fars dili və ədəbiyyatının daha rahat və sürətli öyrənilməsi yönündə tədbirlər görülməli və xarici dillərin tədrisindən qaçınılmalıdır.


























