image-1backend

İranlı din xadimi : “İranda məscidlər boş qalıb”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İranlı din xadimi və müctəhid Hüseyn Nuri Həmədani ölkədə məscidlərin boş qaldığını deyib.
“Mənə verilən məlumatlara görə, məscidlər boşdur və insanlar adi günlərdə məscidlərə getmirlər. Bir çox məscidlərin qapıları namaz vaxtı bağlı qalır”,- deyə, Həmədani narahatlığını dilə gətirib.
Bir müddət öncə Əli Xaməneyinin Yəzd əyalətindəki nümayəndəsi və Yəzd şəhərinin cümə imamı Məhəmməd Rza Nasiri vətəndaşların məscidlərə getmədiyini deyib.
Bununla yanaşı, İran Ekspertlər Məclisinin nümayəndəsi Ayətullah Cəfər Sübhani İranda 50 min məscidin istifadəsiz qaldığını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki