İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı, general-mayor Hüseyn Səlami Qəzza zolağında davam edən müharibəni “sionist rejimin süqutunun ilkin mərhələsi” adlandırıb. Vətəninfo.az Tasnim agentliyinə istinadən xəbər verir.
İslam İnqilabı Keşikçiləri Korpusunun strateji planları ilə bağlı keçirilən konfransda çıxış edən general-mayor Hüseyn Səlami bildirib ki, Həmas-ın oktyabrın 7-də İsrailə qarşı başlatdığı Əl-Əqsa tufanı əməliyyatı düşmənin strategiyasını “siyasi və təhlükəsizlik zəlzələsinə” məruz qoyub. “.
İslam İnqilabı Keşikçiləri Korpusunun komandirinin sözlərinə görə, “İsrailin Qəzzada başlatdığı növbəti müharibə saxta sionist rejimin qaçılmaz süqutunun ilk mərhələsidir”.
İran generalı bildirib ki, “Əqsa tufanı” əməliyyatı coğrafi baxımdan taktiki aspektə malik olsa da, onun təsir dairəsi qlobaldır.
General Səlami əlavə edib: “Hər kəs anlayır ki, bu gün sionist rejim məğlub və alçaldılıb və HƏMAS təkbaşına və heç bir qüvvənin dəstəyi olmadan onlara (israillilərə) böyük məğlubiyyət verib”.
İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı həmçinin bildirib ki, “Sionist rejim nə qədər ümidsiz cəhd etsə də, bu cür alçaldıcı ziyanı bərpa edə bilməyəcək”.


























