Rusiyanın İrəvandakı səfirliyinin binası mühasirədən çıxarılıb, bir neçə etirazçı polis tərəfindən saxlanılıb.Məlumata görə, polis səfirliyin yaxınlığında 5 nəfər etirazçını saxlayıb.
Qeyd edək ki, daha əvvəl hökumət binasının qarşısına 500 etirazçının toplaşdığı bildirilirdi. Onlar hökumət əleyhinə şüarlar səsləndiriblər. Nümayişçilərlə polis arasında toqquşma nəticəsində 16 polis daxil olmaqla, 34 nəfər xəsarət alıb.
Xatırladaq ki, ötən gün axşam saatlarında Rusiyanın İrəvandakı səfirliyinin binasına giriş-çıxış etirazçılar tərəfindən bağlanmışdı. Diplomatik nümayəndəlik bununla əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.


























