image-reklam-veteninfo
image-1backend

İsrail: ”Emmanuel Makron İsxak Hersoqla telefon danışığında İsraili dəstəkləyib”

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, İsrail ordusunun intensiv hücumlarına məruz qalan Qəzza zolağında atəşkəsə çağıran Fransa prezidenti Emmanuel Makron İsrail prezidenti İsxak Herzoqla telefon əlaqəsi saxlayaraq sözlərinə aydınlıq gətirib.
İsrail Prezident Aparatından verilən məlumata əsasən, Emmanuel Makron söhbət zamanı cümə günü BBC-yə verdiyi müsahibədə haqqında danışıb.
Emmanuel Makron İsraili ”Həmas” terror təşkilatına qarşı apardığı əməliyyatda mülki əhaliyə qəsdən zərər verməkdə ittiham etmək niyyətində olmadığını bildirib.
Fransa prezidenti deyib: “İsrail dövlətini və özünümüdafiə hüququnuzu qeyd-şərtsiz dəstəkləyirəm”.
Müsahibədə ölkəsi və bir çox başqa ölkələr üçün mühüm humanitar vəziyyətə diqqət çəkmək istədiyini ifadə edən Emmanuel Makron Qəzzada mülki şəxslərə humanitar yardımın çatdırılmasının əhəmiyyətini vurğulayıb.
Emmanuel Makron həmçinin bildirib ki, o, Qəzzadakı israilli məhbusların dərhal azad edilməsini tələb etməyə davam edəcək.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki