image-reklam-veteninfo
image-7backend

İsrail-Fələstin cəbhəsində son durum: Qəzza səhraya çevrilir- FOTO

image-reklam-veteninfo

İsraillə Fələstin arasında savaş davam edir. Vətəninfo.az  xəbər verir ki, artıq 5-ci gündür davam edən döyüşlərdə hər iki tərəfdən minlərlə itki var. 

İsrail ordusu dünən axşamdan etibarən davamlı olaraq bombaladığı Qəzza bölgəsində quru əməliyyatına start verib. Gələn xəbərlərə görə, HƏMAS da sakit oturmayıb. Onlar da davamlı olaraq İsrail şəhərlərini bombardman edir.

Son məlumatlara görə, Suriya və Livandan da İsrail ərazilərinə hərbi müdaxilələr edilir. Dünən Suriya istiqamətindən İsrail ərazisinə raket atılıb. Livanın cənubundan da analoji hücumlar qeydə alınıb.

Məlumatlarda deyilir ki, dünən gecəki bombardmandan sonra Ramallah şəhərinin ilkin görüntüləri yayılıb. Həmin fotolardan belə aydın olur ki, İsrail Qəzzanı səhraya çevirməyi qarşısına məqsəd qoyub.

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki