image-1backend

İsrail HƏMAS-ın 12 mindən çox obyektinə zərbə endirib

image-reklam_sirab_01

İsrail HƏMAS-la müharibə başlayandan qarşı tərəfin 12 mindən çox obyektinə zərbə endirib.

“Report” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Nəşr Qəzza zolağında peyk görüntülərinin təhlilini dərc edib. Bildirilib ki, təxminən on kvadrat kilometr ərazidə 1000-dən çox çuxur aşkar olunub. Məsələn, təxminən yarım kvadrat kilometrlik ərazidəki binaların içində 100-ə yaxın krater görmək olar. Məlumata görə, onların bəzilərinin ölçüsü təxminən 14 metrdir.

Vurğulanıb ki, İsrail Qəzza zolağına 12 min hədəfi vurmaq üçün 8 mindən artıq müxtəlif silahdan atəş açıb. Bu, ABŞ-nin Əfqanıstanda bir il ərzində keçirdiyi əməliyyatlarda istifadə etdiyi silah-sursat və raketdən çoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki