İsrailin Rusiya Federasiyasındakı səfiri Aleksandr Ben Çvi bildirib ki, İsraillə HƏMAS arasında birbaşa danışıqlar yoxdur və ola da bilməz.
O, bu barədə “Rossiya-24” telekanalında deyib.
Səfir əlavə edib ki, İsrail tərəfinin HƏMAS-ın saxladığı girovların vəziyyəti barədə məlumatı yoxdur.
O, İsrailin döyüşləri dayandırmaq və HƏMAS-la danışıqlar masası arxasına oturmaq variantını nəzərdən keçirməsi ilə bağlı sualı cavablandırıb: “Biz HƏMAS ilə masa arxasına otura bilmərik”.
Səfirin sözlərinə görə, danışıqlar üçün iki suala cavab vermək lazımdır: kimlə danışmaq və nə barədə danışmaq.
Ben Çvi qeyd edib ki, bu suallara cavab yoxdursa, danışıqlar aparmaq imkanı da yoxdur.