image-reklam-veteninfo
image-1backend

İsrail hərbçiləri “Həmas”ın liderlərindən birini həbs edib

image-reklam-veteninfo

İsrail Müdafiə Qüvvələri (IDF) Ramallahda “Həmas”ın liderlərindən olan Hüseyn Əbu Keyki həbs edib. Vətəninfo.az xəbər verir ki, bu barədə “Quds” portalı yazır.

Nəşrin mənbələrinə görə, Kvak İordan çayının qərb sahilinin Əl-Bira şəhərində keçirilən reyd zamanı həbs edilib. Bununla belə, İsrail hərbçiləri “HƏMAS” liderinin həbsi barədə hələlik rəsmi açıqlama verməyib.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri ölkənin hərbi kəşfiyyat idarəsinin dəstəyi ilə oktyabrın 7-də İsrail ərazisinə hücum təşkil etmiş radikal Fələstin hərəkatı “Həmas”ın bir neçə komandirini məhv etmişdi.

Öldürülən silahlılar arasında taqım komandiri Əhməd Musa və taqım komandiri Ömər Əl-Hindi də var. Onların hər ikisi Qəzza zolağının şimalında yerləşən Cəbəliyyə şəhərində gizlənib. Musa oktyabr ayında Kibbutz Zikim yaxınlığında İsrail ordusunun bazasına hücuma rəhbərlik edənlərdən biri idi.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki