image-1backend

İsrail hərbçiləri məsciddə yəhudi duası oxudu, kabinet qarışdı – “Məni təhdid etməyin”

image-reklam_sirab_01

İsrail Nazirlər Kabinetinin dünənki iclasında İsrailin ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben Qvirlə Baş Qərargah rəisi Herzi Haleviar asında sərt mübahisə yaşanıb.

Mübahisənin predmeti bu yaxınlarda İordan çayının qərb sahilinin Cenin şəhərində məscidə basqın edən və səs gücləndiricilərdən yəhudi duaları oxudan İsrail əsgərləri ilə bağlı olub.

Belə ki, Ben Qvir bu səbəbdən İsrail hərbçilərinə verilən cəzanın əsgərlərin mənəviyyatına pis təsir etdiyi deyib və Halevinə öz etiazını bldirib. Baş Qərargah rəisi isə əsgərlərin hərəkətlərinin ordunun davranış qaydalarına zidd olduğunu söyləyib.

Ben Qvir Haleviyə “Mən kabinet üzvüyəm, siyasi rütbəm var. Qərarı biz veririk” deyə cavab verib. Halevinin isə Qvirə cavabı bu cür olub:“Səhv edirsən. Orduda düzgün davranışın nə olub-olmadığına mən qərar verirəm. Məni təhdid etməyin”.

İclas zamanı bəzi nazirlərinin də müzakirə zamanı Haleviyə dəstək verdiyi və Ben Qvirə Baş Qərargah rəisi ilə kobud danışmaması barədə xəbərdarlıq etdikləri bildirilib


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki