image-1backend

İsrail  İordan çayının qərb sahilinə ordu çıxardı

image-reklam_sirab_01

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif şəhərlərində fələstinlilərin evlərinə basqın edərək çox sayda insanı saxladığı bildirilib.
Vətəninfo.az xəbər verir ki, İsrail qüvvələrinin gecə saatlarında Nablus, Cenin və Əl-Halil şəhərlərində basqın əməliyyatı həyata keçirdikləri bildirilib.
Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, Əl-Halilin cənubundakı Əl-Favvar qaçqın düşərgəsinə edilən basqın zamanı azı 10 fələstinli saxlanılıb.
Fələstinlilərin evlərinə atəş açan İsrail qüvvələri qaçqın düşərgəsindəki məscidə və minarəsinə İsrail bayrağını asıb.
Nablusun şərqindəki Balata qaçqın düşərgəsinə basqın zamanı İsrail qüvvələri ilə fələstinlilər arasında qarşıdurma yaşanıb. Qarşıdurma zamanı saxlanılanlar olub, lakin onların sayı ilə bağlı məlumat verilməyib.
Ceninin cənubundakı Cebeğ qəsəbəsinə edilən basqın zamanı da qarşıdurma baş verib.
İsrail qüvvələri hər gün İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə basqın edir. Basqınlar zamanı çox sayda fələstinli saxlanılır və fələstinlilərin evləri dağıdılır. Fələstinlilərin buna cavab verməsindən sonra başlayan qarşıdurmalarda çox sayda insan ölür və yaralanır.
Son məlumatlara görə, işğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 144 fələstinli həyatını itirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki