image-reklam-veteninfo
image-1backend

İsrail ordusu Qəzza zolağına ağır zərbələr endirməyə davam edir

image-reklam-veteninfo

İsrailin oktyabrın 7-dən bəri Qəzzaya təşkil etdiyi hücumlarda ölənlərin sayı 20057 nəfərə yüksəlib, daha 53320 nəfər də yaralanıb.
Qəzzadakı Səhiyyə Nazirliyinin yaydığı bəyanatda İsrailin hücumlarında son 48 saatda 390 fələstinlinin öldüyü, 734 nəfərin isə yaralandığı qeyd edilib.
Vətəninfo.az xəbər verir ki, oktyabrın 7-dən bəri davam edən hücumlarda yaralananların sayının 53320-yə yüksəldiyi bildirilib.
Xatırladaq ki, ”Həmas”ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.
İsrail oktyabrın 7-dən bu yana 1200-dən çox israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb.
İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 8 mini uşaq və 6200-ü qadın olmaqla 20 mindən çox fələstinli həlak olub, 53320 nəfər isə yaralanıb. Dağıntılar altında minlərlə ölünün olduğu bildirilir.
İsrail insanların sığındığı xəstəxanalar və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur məhv edilir.
İsrail ordusu Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan bu yana 469 əsgərinin öldürüldüyünü açıqlayıb.
Noyabrın 24-də 4 gün müddətinə verilən, daha sonra isə daha 3 gün uzadılan “humanitar fasilə” zamanı 81 israilli və 240 fələstinli girov qarşılıqlı olaraq azad edilib. Digər tərəfdən, İsrail minlərlə fələstinlini həbs etməyə davam etdi.
İşğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələri və yəhudilərin hücumları nəticəsində 304 fələstinli həyatını itirib.
İsrail ordusu ilə Hizbullah arasında 8 oktyabrdan bəri sərhəddə davam edən qarşıdurmalarda 26 livanlı mülki vətəndaş, 118 Hizbullah üzvü, 5 İsrail vətəndaşı və 6 İsrail əsgəri həlak olub.
Qəzzada yurd-yuvalarından didərgin düşən 1,9 milyon fələstinli sığınacaq, qida, təmiz su, dərman və səhiyyə xidmətləri olmadan həyatda qalmaq üçün mübarizə aparır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki