Oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının hücumundan sonra İsrail silahlı qüvvələri şəhər, qəsəbə və kəndlərdə 347 yerli özünümüdafiə dəstəsi yaratmağı planlaşdırır. Vətəninfo.az-ın məlumatına görə , bu barədə “Yedioth Ahronoth” dövri nəşri yazır.
Bildirilir ki, İsrail sakinləri kütləvi şəkildə yeni birləşmələrdə qeydiyyatdan keçirlər. Həmin bölmələr İsrail Müdafiə Qüvvələrinin bir hissəsi olacaq və arxa tərəfin komandanlığı altında olacaq. Könüllülər lazımi avadanlıq və odlu silahlar alır, həmçinin xüsusi təlim keçirlər.
Dövri nəşrin qeyd etdiyi kimi, əvvəllər özünümüdafiə dəstələri yalnız sərhəd zonasında yaradılırdı, lakin radikal Fələstinin HƏMAS hərəkatının hücumundan sonra ölkənin digər bölgələrindəki yaşayış məntəqələri də bu təşəbbüsə qoşulub. Ötən həftə ərzində 15-dən çox yaşayış məntəqəsində belə birləşmələr yaradılıb .
Könüllülər arasında orduda təcrübəsi olanlar və istefada olan polislər də var. Güman edilir ki, yeni birləşmələr polis və İD bölmələrinə kömək edəcək.
Bundan əvvəl İsrail polisi və Müdafiə Nazirliyi könüllü birləşmələri silahlandırmağa başlayacaqlarını açıqlamışdı. Könüllülərin ümumi sayı 13200 nəfər olmalıdır.


























