İsrail ordusunun sözçüsü Daniel Haqari mühasirə altında olan Qəzza zolağındakı xəstəxanaların “Həmas”ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları tərəfindən hərbi məqsədlər üçün istifadə edildiyini və bu xəstəxanaların beynəlxalq mühafizə statusunu itirə biləcəyini irəli sürüb.
Vətəninfo.az xəbər verir ki, Daniel Haqari keçirdiyi gündəlik mətbuat konfransında İsrailin Qəzza zolağına hücumları ilə bağlı bəbanatlar verib.
Qəssam Briqadalarının Qəzza zolağındakı xəstəxanalardan hərbi məqsədlər üçün istifadə etdiyini iddia edən Haqari bu səbəbdən bölgədəki xəstəxanaların beynəlxalq mühafizə statusunu itirəcəyini irəli sürdü.
Haqarinin bu açıqlaması oktyabrın 7-dən bəri davam edən hücumlarda Qəzzada bombalanan xəstəxanaların beynəlxalq mühafizə statusuna malik olmasını qəbul etdiyi mənasına gəlir.
İsrail ordusu keçən ay başlayan hücumlarında Qəzzada 35 xəstəxanadan 22-ni hədəfə alıb.
Bundan əlavə, İsrail tankları və qüvvələri Qəzzanın şimalında bəzi xəstəxanaları mühasirəyə alır.


























