image-reklam-veteninfo
image-3backend

İsrail səfiri dünyanı HƏMAS-ı dəstəklədiyinə görə İranı hərbi təhdidə çağırıb

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, İsrailin BMT-dəki səfiri Gilad Erdan İranın HƏMAS-a dəstəyinin davamına toxunaraq bütün dünya ölkələrini İrana qarşı beynəlxalq hərbi təhdid etməyə çağırıb.
Gilad Erdan açıqlamasında deyib:
“Bu gün Ayətullahlar rejimi tam olaraq İkinci Dünya Müharibəsində Almaniyanın nasist rejiminə çevrilib. Dünya anlamalıdır ki, onları ciddi şəkildə hərbi təhdid etmək lazımdır, çünki bu rejim bütün dünya üçün ciddi təhlükədir”.
O, əlavə edib: “Biz 100% əminik ki, İran İsrail ətrafında baş verən bütün terror aktlarında iştirak edir. İran Yaxın Şərqdə və dünyanın digər bölgələrindəki proksi qüvvələrinə silahlı dəstək verir”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki