İsrail və Fələstinin HƏMAS hərəkatı danışıqlarda “uşaqlar uşaqlar üçün” formuluna əsasən təklif edilən girovların dəyişdirilməsi variantını araşdırır.
Vətəninfo.az xəbər verir ki, bu barədə İsrailin Kan dövlət televiziya və radio şirkəti məlumat yayıb .
Müvafiq təklif Qətər və ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlar zamanı alınıb. Mənbələr iddia edir ki, bu, Qəzza zolağında saxlanılan israilli uşaqların İsraildə həbsdə olan fələstinli uşaqların azad edilməsini nəzərdə tutur. Kanın sözlərinə görə , danışıqlar hələ də davam edir, hələlik yekun razılaşma yoxdur.


























