image-reklam-veteninfo
image-1121581backend

İsrail və Qəzza zolağında ölənlərin sayı 1600-ə çatıb

image-reklam-veteninfo

İsrail və Qəzza zolağında hərbi əməliyyatlar başlayandan indiyədək hər iki tərəfdən itkilərin sayı 1600-ə çatıb, yaralıların sayı isə 6400-ü ötüb.Bu barədə Vətəninfo.az  BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin son məlumatlarına istinadən xəbər verir .

Oktyabrın 9-da axşam saatlarına olan məlumata görə, HƏMAS-ın İsrailə hücumu nəticəsində xarici vətəndaşlar da daxil olmaqla 900-dən çox insan həlak olub. İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, azı 2616 nəfər xəsarət alıb.

Qəzza zolağının səhiyyə orqanlarının məlumatına görə, 687 fələstinli həlak olub, 3800 nəfər yaralanıb. İsrailin İordan çayının qərb sahilinə endirdiyi zərbələr nəticəsində 4-ü uşaq olmaqla 17 fələstinli həlak olub, 295 nəfər yaralanıb.

Qəzza zolağından kütləvi köçkünlər son 24 saat ərzində davam edib, köçkünlərin sayı 187 518 nəfərə çatıb və bu rəqəmin artacağı gözlənilir.

Əsir düşən şəxslərlə bağlı müxtəlif məlumatlar daxil olur. BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin məlumatına görə, HƏMAS 50-dən çox adamı əsir götürüb. Baxmayaraq ki, HƏMAS 150-yə yaxın adamı əsir götürərək Qəzzaya daşıdığını elan edib.

Oktyabrın 7-də HƏMAS və onun silahlı qrupları Qəzza zolağından İsraili işğal ediblər. Qəzza zolağında böyük hərbi əməliyyata başlayan İsrail HƏMAS-a rəsmən müharibə elan edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki