image-reklam-veteninfo
image-55backend

İsrailə kabus yaşadan “Qonaq” – Onun adı “ölüm siyahısı”nda ilk sıradadır

image-reklam-veteninfo

HƏMAS-ın son illərdə İsrailə qarşı həyata keçirdiyi ən böyük əməliyyatın əks-sədası davam edir. Dünya “İsrail necə hazırlıqsız tutuldu?” sualına cavab axtararkən, bütün gözlər HƏMAS-ın İsrailə qarşı hücumlarından sonra “Qonaq” ləqəbli o ada çevrilib.

Vətəninfo.az xəbər verir ki, Britaniyanın “Financial Times” qəzeti hücumun arxasında duran şəxs olaraq bilinən HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam” Briqadalarının lideri haqqında diqqətçəkən bir xəbər dərc edib.

“Qonaq: İsrailə qarşı ölümcül hücumun arxasındakı memar” başlıqlı xəbərdə Deyfin İsrail kəşfiyyatına yaxalanmamaq üçün hər gecə fərqli bir fələstinlinin evində qaldığı bildirilib. “Financial Times”, Deyfin ləqəbinin də buradan gəldiyini vurğulayıb. İngilis qəzetinə danışan fələstinli professor Mxaymar Abusada son əməliyyatla “Qonağ”ın hörmətinin daha da artacağını bildirib.

Fələstinli bir yaraqlı bu ay bir səs yazısı ilə İsraili hədələdi. Mesajda Qəzza zolağına hakim olan HƏMAS-ın tələblərinə qulaq asmaması halında İsrailin “ağır bir bədəl ödəyəcəyi” deyilirdi. Mesajın sahibi HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam” Briqadalarının lideri Məhəmməd əl-Deyf idi.

İsraildə ən çox axtarılan adamlarından biri olan Deyf mesajı ilə 7 illik səssizliyini pozdu. Lakin 11 günlük münaqişə zamanı onun təhdidinə az diqqət yetirildi.

Deyf HƏMAS-a 1980-ci illərin sonlarında qoşulub. İsraillə qarşı silahlı mübarizəyə inanan Deyf, təşkilatın hərbi qanadı olan “İzzəddin əl-Qəssam” Briqadalarının sıralarında sürətlə yüksəlib.

ABŞ Dövlət Departamentinin keçmiş antiterror müşaviri, təhlükəsizlik üzrə ekspert Metyu Levitt deyir ki, Deyf HƏMAS daxilində sərtliyi ilə tanınan birisidir. O, Deyfinin 1990-cı illərdə öldürülən HƏMAS-ın “mühəndis” ləqəbli komandiri Yəhya Ayyaşa yaxın bir ad olduğunu deyir. Ayyaş 1990-cı illərin əvvəllərində İsraildə bir sıra avtobus partlayışlarında günahkar bilinirdi. Onun 1996-cı ildə öldürülməsindən sonra daha çox avtobus partladıldı. Ayyaşın əlindən tutduğu Deyf bu qisas hücumlarının arxasında duran şəxs olaraq göstərilib.

İsrail ordusunun rəsmisi BBC-yə deyib ki, Deyflə bağlı işlərinin davam edir, lakin məsələnin məxfiliyinə görə əlavə məlumat verə bilməyəcəklər. Təhlükəsizlik eksperti Levitt İsrailin təslim olmamasına təəccüblənmir. Digər tərəfdən, İsrailin uğursuz sui-qəsd cəhdlərinin Deyfi daha da əfsanəvi bir hala gətirəcəyini deyir:

“İsrailin onu məhv etmək istəməsinin əsas səbəbi belə bir nüfuza sahib olmasıdır. Əvvəldən təşkilatla birlikdə olmuş yüksək rütbəli silahlıların sayı azdır. O, bu baxımdan unikaldır”.

Deyfin həyatı haqqında çox az şey məlumdur. Qəzza küçələrində belə Deyfi tanıyan çox az adam var.publika.az




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki