image-1126994backend

İsrailin Hindistandakı səfirliyi yaxınlığında partlayış baş verib

image-reklam_sirab_01

Yeni Dehlidə İsrail səfirliyi yaxınlığında partlayış baş verib , ölən və yaralananlar barədə məlumat yoxdur .  Vətəninfo.az xəbər verir ki, bu barədə İsrailin Kan dövlət radiosu məlumat yayıb .

Radiostansiyanın məlumatına görə, insident Hindistan polisi tərəfindən İsrail təhlükəsizlik xidmətləri ilə əməkdaşlıq çərçivəsində araşdırılır .

ANI agentliyi diplomatik nümayəndəliyə istinadən xəbər verir ki, İsrailin Hindistandakı səfirliyi Nyu Dehlidəki diplomatik nümayəndəliyin binası yaxınlığında partlayış baş verdiyini təsdiqləyib .

“ Saat 17:10 radələrində səfirliyin yaxınlığında partlayışın baş verdiyini təsdiqləyə bilərik . Polis və təhlükəsizlik xidməti nə baş verdiyini araşdırır ”, – səfirliyin bəyanatından sitat gətirir .


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki