image-1backend

İsrailin hücumları nəticəsində bir gündə BMT-nin daha 3 əməkdaşı həlak olub

image-reklam_sirab_01

İsrail Qəzza zolağına fərq qoymadan hücum edir.

İndiyədək BMT-nin 67 əməkdaşı İsrailin hücumları nəticəsində həyatını itirib. BMT-nin sözçüsü Dujarrik humanitar yardım işçilərinin hədəf alınmasının “qəbuledilməz” olduğunu vurğulayıb.

Vətəninfo.az xəbər verir ki, təşkilatın Orta Şərq Fələstinli Qaçqınlara Yardım və İctimai İşlər Təşkilatından verilən açıqlamada işçilərin ailələri ilə birlikdə evlərində öldürüldüyü bildirilib.

Oktyabrın 7-dən Qəzzada öldürülən BMT əməkdaşlarının sayı 67-yə yüksəlib.

Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Dujarrik humanitar yardım işçilərinin hədəfə alınmasına reaksiya verib.

O xatırladıb ki, Qəzzada təxminən 13 min humanitar yardım işçisi çalışır.

Dujarrik “Humanitar yardım işçilərinin hədəfə alınması qəbuledilməzdir” deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki