İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 9,7 min nəfərə çatıb, 24,8 mindən çox insan isə yaralanıb. Vətəninfo.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidrə bildirib.
“Ölənlərin sayı 4800 uşaq, 2550 qadın və 596 qoca olmaqla 9770 nəfərə çatıb. Həmçinin bu ay ərzində 24 808 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb”, – deyə əl-Kidra ərəb televiziya kanalları tərəfindən yayımlanan brifinq zamanı bildirib.


























