image-1backend

İsrailin Qəzzaya intensiv hücumları nəticəsində həlak olan fələstinlilərin sayı on mini keçib

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İsrail Qəzza zolağına qarşı intensiv hücumlarını davam etdirir. İsrailin hücumları nəticəsində öldürülən fələstinlilərin sayı 10000 mini keçib.
Fələstinin rəsmi WAFA xəbər agentliyinin yaydığı məlumata əsasən, İsrailə məxsus təyyarələr Rəfah şəhərindəki Şabbura qaçqın düşərgəsində əl-Həmayde ailəsinin evini hədəfə alıb, nəticədə biri qadın olmaqla 5 nəfər həlak olub.
İsrailin Qəzza zolağının şimalında bir binanı hədəf alması nəticəsində bir nəfər ölüb, çox sayda insan yaralanıb.
İsrail aviasiyası və artilleriya bölmələri Qəzza zolağının Tel əl-Heva bölgəsindəki Qüds Xəstəxanasının ətrafını, Şati və əl-Məqazi qaçqın düşərgələrini, Zeytun məhəlləsini və Beyt Hanun bölgəsindəki bir çox yeri bombalayıb. Bombardman nəticəsində çox sayda ölən və yaralananların olduğu bildirilib.
Fələstin Qızıl Aypara Cəmiyyəti İsrail döyüş təyyarələrinin Qüds Xəstəxanası ətrafındakı ərazini iki raketlə vurduğunu açıqlayıb və yardım təşkilatlarını təcili olaraq Qəzzaya və şimal bölgəsinə lazımi yardımları çatdırmağa çağırıb.
Qüds, Avde və İndoneziya xəstəxanalarında yanacağın tükənmək üzrə olduğu, İndoneziya Xəstəxanasında isə bəzi şöbələrin xidmət verə bilmədiyi açıqlanıb.
Bureyc qaçqın düşərgəsindəki məscidin İsrail döyüş təyyarələri tərəfindən vurulduğu da bildirilib.
”Həmas”ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında “İsrailin fələstinlilərə və onların müqəddəs məkanlarına qarşı davamlı pozuntularına cavab vermək” məqsədi ilə hərtərəfli hücuma keçib.
İsrail ordusu da bu səbəbdən Qəzza zolağına ağır zərbələr ensirməyə başlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki