image-reklam-veteninfo
image-1121698backend

İsraillə HƏMAS savaşında həlak olanların sayı 2150-yə çatıb

image-reklam-veteninfo

İsraillə HƏMAS arasında müharibənin başlamasından 4 gün sonra hər iki tərəfdən qurbanların sayı 2150-yə çatıb.

Vətəninfo.az-ın məlumatına görə, İsrail Müdafiə Qüvvələrinin sözçüsü Conatan Konrikus HƏMAS-ın hücumları nəticəsində İsraildə həlak olanların sayının 1200-ə çatdığını açıqlayıb. Onların əksəriyyəti mülki şəxslərdir. Rəsmi vurğulayıb ki, qurbanların sayının artmasına səbəb HƏMAS-ın yeni zərbələri deyil, müxtəlif rayonlarda aparılan axtarış əməliyyatları nəticəsində yeni cəsədlərin tapılmasıdır.

Öz növbəsində Fələstinin səhiyyə naziri İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayının azı 950 nəfərə çatdığını açıqlayıb.

Minlərlə fələstinli İordan çayının qərb sahilində nümayiş keçirərək, İsrailin Qəzza zolağına hava hücumlarına etirazlarını bildiriblər.

Birləşmiş Millətlər Təşkilatının açıqladığı son məlumatlara görə, Qəzzada İsrailin bombardmanları nəticəsində 260 mindən çox insan didərgin düşüb. Qəzza zolağında 2,3 milyon insan yaşayır və bu, dünyanın ən sıx məskunlaşdığı ərazilərdən biri hesab olunur.

WAM agentliyinin məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Fələstin xalqına humanitar yardım göstərmək üçün 20 milyon ABŞ dolları məbləğində humanitar yardım ayırıb. Həssas əhaliyə yardım Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi vasitəsilə çatdırılacaq.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki