“Müvəqqəti olaraq işğal olunmuş Krım tədricən Ukrayna qüvvələrinin atəşi altındadır”. Vətəninfo.az UNİAN-a istinadən xəbər verir ki, bunu telemarafon zamanı Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak deyib.
O, aydınlaşdırıb ki, söhbət Kerç boğazını atəşə tutmaqdan və Krım yarımadasında rusların nəhəng anbar infrastrukturunu məhv etməkdən gedir.
Zelenskinin ofisinin nümayəndəsi qeyd edib ki, hazırda Rusiya qoşunlarının tədarükünün 80%-i Krım vasitəsilə həyata keçirilir, ona görə də yarımadada baş verən hadisələr “yalnız bəzi zabitlərin və ya hansısa qərargahın məhv edilməsi deyil”.
“Krım tədricən Ukraynanın əsas atəş nəzarətinə keçir. Onlar anlayırlar ki, Krım böyük təhlükə zonasıdır. Artıq hava məkanı o qədər də idarə olunmur. Bu günə qədər Krımda iki əsas “Triumf” sistemi məhv edilib”, – Podolyak vurğulayıb.


























