Rusiyanın xarici işlər naziri Segey Lavrov 3+3 formatında xarici işlər nazirlərinin müzakirələrində iştirak üçün Tehrana səfəri zamanı İran rəsmiləri ilə görüşüb.
Fars News xəbər verir ki, Lavrov bu gün İran prezidenti İbrahim Rəisi ilə görüşdə Tehran-Moskva əlaqələrinin möhkəmləndiyini bildirib.
Məlumata görə, Lavrov habelə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşdə enerji tədarükü və nəqli layihələrinin həyata keçirilməsi ilə bağlı danışıqlar aparıb.
“İran və Rusiya arasında strateji tərəfdaşlığa dair saziş 85 faiz hazırlanıb. Bir sıra xüsusi hallar qalıb və onlar barədə dərin danışqlar gedir”, – deyə, Lavrov əlavə edib.


























