image-1backend

Leonid Slutski Rusiya prezidentliyinə namizəd oldu

image-reklam_sirab_01

Rusiya prezident seçkilərində daha bir namizəd rəsmən irəli sürülüb.
Vətəninfo.az TASS-a istinadən xəbər verir ki, Rusiya Liberal-Demokrat Partiyasının sədri Leonid Slutski 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasına (MSK) sənədlər təqdim edib.

Dekabrın 19-da LDK-nın 35-ci seçkiqabağı qurultayında Slutski partiyadan Rusiya Federasiyasının prezidentliyinə namizəd kimi irəli sürülüb.

Xatırladaq ki, Rusiya Federasiyasının Federal Şurası seçkiləri 2024-cü il martın 17-nə təyin edib. Rusiya Federasiyasının MSK səsvermənin üç gün, martın 15, 16 və 17-də davam edəcəyinə qərar verib. Beləliklə, bu, Rusiya Federasiyasında ilk üç günlük prezident seçkiləri olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki