image-reklam-veteninfo
image-88backend

Liviyada beynəlxalq yardım qrupunun törətdiyi qəzada 7 nəfər ölüb

image-reklam-veteninfo

Sel fəlakətinin baş verdiyi Liviyada beynəlxalq yardım qrupunun törətdiyi qəzada 7 nəfər ölüb.

Vətəninfo.az xəbər verir ki, seldən ən çox zərər çəkən Dərnəyə gedən Yunanıstan axtarış-xilasetmə qrupunu daşıyan avtobus qəza keçirib. Qəzada 4-ü Yunanıstan komandasından, 3-ü liviyalı olmaqla 7 nəfər həyatını itirib.

Digər tərəfdən, Liviyada sel fəlakətində ölənlərin sayı ilə bağlı ziddiyyətli açıqlamalar verilir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi seldə 11 min 300 nəfərin öldüyünü, 10 mindən çox insanın isə itkin düşdüyünü açıqlayıb.

Lakin Liviya Qızıl Aypara Cəmiyyətinin sözçüsü Tevfik Şükri bu məlumatı təkzib edib. Şükri sel fəlakətində həyatını itirənlərin sayı ilə bağlı dəqiq bir açıqlama verməsə də, rəsmi rəqəmlər sayının 6 minə yaxın olduğunu bildirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki