image-reklam-veteninfo
image-17-2-696x522backend

Lukaşenkodan belaruslara QADAĞA

image-reklam-veteninfo

Belarus prezidenti Aleksandr Lukaşenko ölkə vətəndaşlarının xaricdə pasport almasını və ya dəyişdirməsini qadağan edən fərman imzalayıb.

Sənədə əsasən, bu tədbir diplomatik nümayəndəliklərin və konsulluq idarələrinin fəaliyyətinin optimallaşdırılmasına yönəlib.

İndi yeni fərmana əsasən, xaricdə yaşayan Belarus vətəndaşlarının öz ölkələrinin diplomatik nümayəndəliklərinə müraciət etməsinə icazə verilməyəcək və onlar öz vətənlərinə qayıtmağa və son qeydiyyat yeri üzrə daxili işlər orqanlarına getməyə məcbur ediləcəklər.

Sənəddə həmçinin qeyd olunur ki, oxşar tələb müxtəlif növ əmlak əməliyyatları üçün etibarnamələrin verilməsi zamanı da qoyulur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki