image-1backend

Makron daşqın qurbanlarına 50 milyon avro yardım ayırdı

image-reklam_sirab_01

Fransa prezidenti qasırğa və daşqınlardan zərər çəkmiş Pas-de-Kale departamentinin icmalarına 50 milyon avro məbləğində yardım vəd edib. Vətəninfo.az xəbər verir ki, çərşənbə axşamı Emmanuel Makron zərər çəkmiş ərazilərə baş çəkərək yerli hakimiyyət orqanları və sakinlərlə söhbət edib. Fransa lideri həmçinin ölkənin şimalındakı 244 kommunada təbii fəlakət rejiminin tətbiq olunduğunu elan edərək, Brittani və Normandiyada fermerlər üçün “müstəsna dəstək fondu” yaradıldığını elan edib . Pas-de-Kale prefekti Jak Billannın sözlərinə görə, daşqın nəticəsində 5 min evə ziyan dəyib, 1400 sakin təxliyə edilib. Xoşbəxtlikdən itki olmayıb, 4 nəfər xəsarət alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki