Meksikanın cənubunda yerləşən sahil şəhəri Akapulkoya təsir edən “Otis” qasırğası nəticəsində ölənlərin sayı 48-ə yüksəlib.
Vətəninfo.az xəbər verir ki, Gerrero əyalətinin qubernatoru Evelin Salqado verdiyi açıqlamada “Otis” qasırğası nəticəsində insan itkilərinin artdığını bildirib.
Həyatını itirənlərin sayının 48-ə yüksəldiyini qeyd edən Salqado itkin düşənlərin sayının hələlik 36 olduğunu açıqlayıb.
Meksika prezidenti Andres Manuel Lopez Obrador da axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyini vurğulayaraq, bölgəyə səfər edəcəyini bildirib.
Qasırğanın təsirli olduğu Akapulko şəhərini dirçəldəcəklərini bildirən Lopez Obrador yerli hakimiyyət orqanları ilə sıx əlaqədə olduqlarını qeyd edib.
Xatırladaq ki, oktyabrın 26-da 5-ci kateqoriyaya yüksələn və “dağıdıcı ola biləcəyi” xəbərdarlığı edilən “Otis” qasırğası səbəbindən Meksikada 39 nəfər həyatını itirib.
Qasırğa nəticəsində on minlərlə insanın evinə ziyan dəyərkən, yaşayış evləri işıqsız qalıb.
Hökumət “Otis” qasırğasından sonra qarət hadisələrinin qarşısını almaq üçün təxminən 17 min əsgər və polis vəzifələndirib.


























