image-reklam-veteninfo
image-11backend

Meksikada qəza: 10 miqrant ölüb

image-reklam-veteninfo

Meksikanın cənubunda miqrantları daşıyan yük maşınının aşması nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.

Vətəninfo.az xəbər verir ki, Çiapas əyalət rəsmiləri qəzanın Qvatemala sərhədindən 175 kilometr aralıda, Pijijiapan şəhəri yaxınlığındakı magistral yolda baş verdiyini açıqlayıb.

Səlahiyyətlilər qeyd edib ki, ilkin məlumatlara görə, qəza nəticəsində 10 mühacir həyatını itirib, 15 nəfər yaralanıb, lakin ölənlərin milliyyəti barədə məlumat verilməyib.

Digər tərəfdən, “Associated Press” (AP) xəbər agentliyinə açıqlama verən və əyalət prokurorluğunda işlədiyini bildirən mənbə, ölənlərin yük maşınında avtostop edən kubalı mühacirlər olduğunu iddia edib.

Hələlik xəsarət alanların neçəsinin mühacir olduğu, sağlamlıq vəziyyəti və milliyyəti ilə bağlı açıqlama verilməyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki